Paytaxtımız dünya kubokuna ev sahibliyi edəcək

Paytaxtımız dünya kubokuna ev sahibliyi edəcək

Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının yeni mövsüm üçün təqvimi açıqlanıb. Beynəlxalq federasiyanın rəsmi saytında yer alan məlumata görə bu il keçirilməsi nəzərdə tutulan reytinq yarışlarından birinin - güllə və stend atıcılığı üzrə dünya kuboku yarışının Bakıda keçirilməsi planlaşdırılır. Paytaxtımızda təşkil olunacaq turnir mayın 29-dan iyunun 6-dək davam edəcək.  

Qeyd edək ki, pandemiya səbəbindən turnir ötən il keçirilməyib.