Serbiyalı tennisçi yenidən polis tərəfindən saxlanıldı 

Serbiyalı tennisçi yenidən polis tərəfindən saxlanıldı 

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç Avstraliyada həbs olunub. Bu barədə serbiyalı idmançının atası məlumat yayıb. Həbslə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl Cokoviçin vizasının ləğvi ilə əlaqədar apellyasiyanı udduğu məlum olmuşdu. Buna baxmayaraq, bildirilib ki, Avstraliya hökuməti məşhur tennisçini ölkədən qova bilər. Hələlik Novak Cokoviçin Açıq Avstraliya çempionatına buraxılıb-buraxılmayacağı bilinmir.