Bu gün boks üzrə Azərbaycan çempionatı start götürəcək 

Bu gün boks üzrə Azərbaycan çempionatı start götürəcək 

Bu gün böyüklər arasında boks üzrə Azərbaycan çempionatına start veriliəcək.
Boks Mərkəzində təşkil olunan yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 29 komandanın 100 kişi boksçusu iştirak edəcək. Qaliblərin adına isə yanvarın 15-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaqlar və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, çempionatın baş hakimi Emil Qurbanəliyev olacaq.