Yekaterina Ryabova: “Çalışacağam ki, ən yaxşı çıxışımı nümayiş etdirim”
Olimpizm xəbərləri
01.02.2022, 15:44

Pekin-2022 Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə yarışında ölkəmizi təmsil edəcək Yekaterina Ryabova "Olimpiya dünyası” qəzetinə eksklüziv müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik. - Yekaterina, istərdik ki, Qış Olimpiya Oyunlarına hazırlıq prosesin barədə məlumat verəsən. Oyunlara hazırlıq səviyyəni necə qiymətləndirirsən. - Olimpiya Oyunlarına hazırlıq prosesim yüksək səviyyədə təşkil olunub. Avropa çempionatından sonra bir qədər istirahət etdim. Artıq yenidən məşqlərimi bərpa etmişəm. Bu hazırlıq yarışların başlandığı günə qədər davam edəcək. Düşünürəm ki, çəkdiyim zəhmət öz bəhrəsini verəcək. - Sən Lozanna-2020 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında da ölkəmizin idman şərəfini qorumusan. Yəni artıq olimpiadalar baxımdan müəyyən qədər təcrübəyə maliksən. - Bəli, Pekin-2022-ni Lozanna-2020-dən sonra mənim üçün növbəti böyük idman tədbiri kimi adlandırmaq olar. Artıq müəyyən qədər təcrübəyə malikəm. Amma bu yarış həmin olimpiadadan bir çox xüsusiyyətlərinə görə fərqlənir. Sözsüz ki, yarışlar çətin olacaq. Amma Pekin-2022 Qış Olimpiya Oyunlarında təmiz çıxış nümayiş etdirmək istəyirəm. Sağlam rəqabət şəraitində ən yüksək nəticəyə nail olmağa çalışacağam. İstəyirəm ki, yarışı seyr edənlərin, eləcə də azarkeşlərin rəğbətini qazanım. - Rəqiblərin haqda yəqin ki, məlumatlısan. Bu barədə nə deyə bilərsən? - Fiqurlu konkisürmə yarışlarında rəqiblər barəsində fikir söyləmək çox çətin olur. Bunun üçün əvvəlcə çıxışında tələb olunan elementləri mükəmməl yerinə yetirməlisən. Bir sözlə, hər kəsin əldə etdiyi nəticə sonda özünün nəyə qadir olduğunu göstərir. - Bu Oyunlarda hansı nəticəni qazanacağına ümid edirsən? - Heç vaxt düşündüyüm və qarşıma qoyduğum nəticəni heç kimlə paylaşmıram. Hətta əvvəlcədən iddialı danışmağı da sevmirəm. Çıxışım zamanı yalnız elementlərin səlis yerinə yetirilməsinə köklənirəm. Əgər hər hansı bir fiqurlu konkisürən üzərinə düşən çıxışı mükəmməl yekunlaşdırırsa, yekunda qərarı hakimlər və çoxsaylı tamaşaçılar verir. Nəticələr barədə heçnə deyə bilmərəm. Çalışacağam ki, bütün gücümü ortaya qoyum və özümün ən yaxşı çıxışımı nümayiş etdirim. - Zəhmət olmasa, bir qədər də çıxışın barədə məlumat verərdin. - Olimpiadada ilk olaraq fevralın 15-də qısa proqramla çıxış edəcəyəm. Çıxışım uğurlu alınacaqsa, mübarizəni təsnifat turnirində davam etdirəcəyəm. Bu isə fevralın 17-nə təsadüf edəcək. - Olimpiadadan əvvəl Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında iştirak etdin. Bu yarışdakı çıxışını uğurlu saymaq olarmı? - Bəli, məncə, Tallindəki çıxışımı uğurlu saymaq olar. Baxmayaraq ki, xəstələndiyim üçün yarışda özümü narahat hiss edirdim. Amma belə vəziyyətdə 2020-ci ildə Avstriyada təşkil olunan Avropa çempionatındakı eyni nəticəni təkrarlamaq qənaətbəxşdir. - Yarışlarda sənə güc verən əsas amil nədir? - Yarışdan əvvəl validenlərimin, yarış vaxtı məşqçilərimin, eləcə də azarkeşlərin dəstəyi çıxışıma müsbət təsir edir. Hesab edirəm ki, azərbaycanlı azarkeşlər və oraya yollanacaq Azərbaycan nümayəndə heyətinin mənə azarkeşlik etməsi yüksək nəticə qazanmağımda stimul olacaq. İnanıram ki, uğurlu nəticələrlə mənə inanan hər kəsi sevindirəcəyəm. Bundan başqa sosial şəbəkələrdə azərbaycanlı izləyicilərim mənimlə xoş ünsiyyət qururlar. Bu isə məni daha da həvəsləndirir, əlavə güc verir. Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK