Pekin-2022: Fiqurlu konkisürənimiz olimpiadada çıxışını başa vurdu

Pekin-2022: Fiqurlu konkisürənimiz olimpiadada çıxışını başa vurdu

Pekin-2022 XXIV Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil edən fiqurlu konkisürənimiz Vladimir Litvintsev kişi idmançıların fərdi yarışlarının final mərhələsində çıxış edib. 21 yaşlı idmançımız sərbəst proqramda II qrupda mübarizə aparıb. Təmsilçimiz final mərhələsində 155.04 xal toplayıb.
Beləliklə, 24 idmançının çıxış etdiyi yarışda V.Litvintsev iki proqramın cəmində 239,19 xal toplayaraq yarışı 18-ci pillədə başa vurub.
Qeyd edək ki, fiqurlu konkisürənimiz fevralın 8-də kişi idmançıların qısa proqramında 84,15 xal toplamışdı.