Həmkarlarımız skvoş yarışında

Həmkarlarımız skvoş yarışında

Sentyabrın "Excelsior Hotel Baku” hoteli və "AtaBank” ASC-nin dəstəyi ilə "Aura” Sağlamlıq Mərkəzində "AtaHolding” Şirkətlər Qrupunun əməkdaşları və jurnalistlər arasında skvoş oyunu üzrə yarış keçirildi. Qeyd edək ki, "Sportmedia” İnformasiya Agentliyinin baş redaktoru İlkin Vidadioğlu I, "AtaHolding” ASC-nin Müqavilə hüququ şöbəsinin rəisi Anar Ramazanov II, 525-ci qəzetin əməkdaşı İbrahim Cəfərov III, "SalamNews” agentliyinin əməkdaşı Orxan Kərimov isə IV yerə çıxdı. Qaliblərə sertifikatlar və hədiyyələr təqdim edildi.
"AtaBank” ASC-nin İdarə Heyətinin üzvü Elnur Osmanov yarışla bağlı bunları dedi : "Məlum olduğu kimi, komanda oyunları ruh yüksəkliyinə kömək edir, insana müsbət emosiyalar və yaxşı əhval-ruhiyyə bəxş edir. Ona görə də bu kimi korporativ daxili idman yarışları effektiv komanda formalaşdırmağa kömək edir. Bu da biznesdə uğuru təmin edən amillərdən biridir. Yarışda mətbuat nümayəndələrinin müştərək iştirakı isə KİV-lə münasibətlərin qurulmasına xidmət edir”.
"Excelsior Hotel Baku” hoteli Marketinq və Satış Departamentinin direktoru Damla Bayık isə dedi ki, skvoş oyununu iki nəfər və ya iki cütlük oynaya bilər. "Qapalı kortda skvoş oynayarkən raketlə topu növbə ilə divara elə vurmaq lazımdır ki, rəqib çaşsın və əvvəlki oyunçudan sonra onu qaytara bilməsin. Skvoş oyunu başqa idman növlərindən fərqli olaraq, tennisdə enerji sərfini 2-3 dəfə çoxaldır. Məhz buna görə də skvoşun üstünlüklərinə onun insan orqanizminin kardiorespirator funksiyalarına müsbət təsirini aid etmək olar ", - deyə Damla xanım bildirdi. Qeyd edildi ki, bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir. Ona görə də skvoş fəal isitirahət etmək, arıqlamaq, ya da sadəcə oyundan həzz almaq istəyənlərin oyunudur.
Qeyd edək ki, "Excelsior Hotel Baku” hoteli "Aura” Sağlamlıq Mərkəzində skvoş dərsləri həftənin şənbə və bazar günləri daxil olmaqla hər gün səhər saatlarında keçirilir.