Velosipedçilərimiz 20 komanda arasında üçüncü yeri tutublar

Velosipedçilərimiz 20 komanda arasında üçüncü yeri tutublar

Buyaxınlarda Gürcüstanda, Qafqaz sıra dağlarının cənubunda yerləşən Stepantsminda rayonunda "RedBull GerGetlt” beynəlxalq turniri keçirilib. Ölkəmizin də iştirak etdiyi nüfuzlu yarışda Azərbaycan komandası da iştirak edib Müxtəlif ölkələrdən 20 komandanın qatıldığı mauntinbayk (dağ velosipedçisi) yarışlarında Azərbaycan velosipedçiləri komanda birinciliyində üçüncü yeri tutublar.
Xatırladaq ki, "Red Bull GerGetlt” 4 ekstremal idman növünün nadir kombinasiyasından ibarət turnirdir. Yarışa qatılan hər komandada dörd atlet - kayakinq üzrə idmançı, qayaya dırmanan, dağ velosipedçisi və dağ qaçışçısı çıxış edir.