Fiqurlu konkisürənimiz bu gün Pekin-2022-nin final mərhələsində çıxış edəcək

Fiqurlu konkisürənimiz bu gün Pekin-2022-nin final mərhələsində çıxış edəcək

Bu gün Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxış edəcək. 19 yaşlı idmançımız Bakı vaxtı ilə saat 14:00-da startı veriləcək yarışda sərbəst proqramda məharətini göstərməyə çalışacaq.
Y.Ryabova buz üzərinə 10-cu çıxacaq. Konkisürən qısa proqramda 61,82 xalla 16-cı olub və "24-lüy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb.
Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.
Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub.
Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.