Azərbaycanın Qış Paralimpiya Oyunlarındakı şef-de missionu və bayraqdarı müəyyənləşdi

Azərbaycanın Qış Paralimpiya Oyunlarındakı şef-de missionu və bayraqdarı müəyyənləşdi

Olimpizm xəbərləri

17.02.2022, 14:50

Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının şef-de missionu və bayraqdarı müəyyənləşib. Qurumun prezidenti İlqar Rəhimovun qərarına əsasən, komitənin idman şöbəsinin müdiri Rauf Mürsəlov yığmanın şef-de-missionu təyin edilib. Kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq Mehman Ramazanzadə açılış mərasimində bayrağı daşıyacaq. İdmançımız martın 9-da mübarizəyə başlayacaq. Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları martın 4-13-də təşkil olunacaq. Oyunların açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda keçiriləcək. Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR