Fərid Qayıbov: Mart ayı uğurlar və yeniliklərlə zəngin oldu
Olimpizm xəbərləri
07.04.2022, 15:03
Mart ayı gənclər və idman sahəsində hadisələrlə zəngin, fəaliyyətlə dolğun olub. Strateji istiqamətlərin müəyyən edilməsi, təsir alətlərinin gücləndirilməsi və institusional inkişaf, beynəlxalq əməkdaşlığın genişlənməsi istiqamətlərində addımlar atıldı.
Bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun qeydlərində əksini tapıb.
F.Qayıbov bildirib ki, martın 5-6-da 43 ölkədən 140 nümayəndənin iştirakı ilə Beynəlxalq Etnoidman Forumu baş tutdu. Forumun ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğanı qəbul etdi. İdmana – xalqları birləşdirən vasitəyə göstərdiyi diqqətin rəmzi kimi dövlətimizin başçısına beynəlxalq qurumun ali mükafatı təqdim edildi. Forum çərçivəsində Dünya Etnoidman Konfederasiyası ilə Gənclər və İdman Nazirliyi arasında ənənəvi idman növlərinin inkişafına dair anlaşma memorandumu imzalandı. Həmçinin bir neçə beynəlxalq təşkilat rəhbərləri və bir sıra ölkələrin idman nazirləri ilə görüşlər keçirdik.
Martın 17-də ölkə başçısı İlham Əliyevin 23 yaşadək güləşçilər arasında Bolqarıstanda keçirilmiş yeddinci Avropa çempionatının qaliblərini qəbul etdiyini bildirən nazir vurğulayıb: “Bu, təkcə güləşdə deyil, idmanın bütün növlərində nəticəyə köklənmiş fəaliyyətin gücləndirilməsinə təsir edən bir görüş oldu. İdmançılar üçün güclü motivasiya olan bu qəbuldan sonra böyüklərdən ibarət komandamız da yüksək nəticə əldə etdi. Tarixində ilk dəfə olaraq həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komandalarımız eyni çempionatın ən yaxşısı oldular. Sözsüz ki, hər bir uğurun arxasında çətin məşqlər, əziyyət, zəhmət dayanır. Qitənin 37 ölkəsinin təmsil olunduğu çempionatda uğur qazanan hər iki komandamızın ən yaxşı olmasına yalnız sevinməliyik. Çünki qitənin ən güclüsü bizim ölkədir, bizim ölkə birincidir! Bu nailiyyətə görə idmançılarımızı və məşqçilərimizi bir daha təbrik edir və möhtəşəm qələbəyə görə təşəkkür edirəm”.
F.Qayıbov qeyd edib: “Qələbələr sırasında Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçirilmiş Avropa çempionatında komandamızın uğurlu çıxışını da vurğulamalıyıq. Martın 30-da nazirlikdə komandamızla görüşdük və onları təbrik edib, yeni uğurlar arzuladıq. İdmançıların uğur qazanmasında federasiyaların peşəkar idarə edilməsi də mühüm rol oynayır. Bu ay nazirliyin Kollegiya qərarı ilə daha 6 federasiyanın statusu təsdiq edildi və belə federasiyaların sayı 17-yə çatdı. On dörd federasiyanın statusu dayandırıldı və belə federasiyaların sayı 19 oldu. Təkmilləşdirmə siyasətinin davamlı olması üçün bütün federasiyaların statusuna baxılma prosesi davam etdirilir”.
İdmanda nailiyyətlərin idmançıların sağlamlığı ilə sıx əlaqəli olduğunu vurğulayan nazir bildirib: “Martın 16-da Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda çalışan mütəxəssislərlə görüşdə burada yaradılmış şərait, gələcək fəaliyyət müzakirə edildi. Bu mərkəz idmançılarımızın sağlamlığının daimi yoxlanması, zədələrin qarşısının alınması, zədə sonrası bərpa prosesi və idmançıların nəticələrinin yaxşılaşdırılması istiqamətində diaqnostik qiymətləndirmənin aparılması üzərində çalışır. İnklüziv cəmiyyətin əyani nümayişi kimi martın 31-də Bakı Olimpiya Stadionunda əlil futbolçular arasında keçirilən “Qarabağ” – “Abşeron” yoldaşlıq görüşünü izlədik. Həmin gün “Limak Fitness Park”da fitnes zalının fəaliyyəti ilə tanış olduq, burada məşq edən gənclərlə söhbət etdik. Gənclərin sağlamlığı və zərərli vərdişlərdən uzaqlaşmasında fitnes zallarının rolunu qeyd etmək lazımdır”.
Nazir deyib: “Martın 11-də Tovuz şəhərində Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşların qəbulu keçirildi. Həmin gün Tovuz şəhərində “Gənclər Paytaxtı”nın açılış mərasimində də iştirak etdik. Tovuz Gənclər Evində baş tutan tədbirdə “Gənclər Paytaxtı”nda 2022-ci il ərzində keçiriləcək çoxsaylı tədbirlər haqqında məlumat verildi. Əminəm ki, Tovuzda il ərzində gənclər sahəsində keçiriləcək tədbirlər region gənclərinin inkişafı üçün yeni imkanlar yaradacaq. Gəncə şəhəri, Ağstafa, Goranboy, Göygöl, Qazax, Tovuz, Ucar və Şəmkir rayonlarında Gənclər Evləri, Olimpiya İdman kompleksləri və digər infrastruktur ilə tanış olduq. Müəssisələrin daha səmərəli işləməsi üçün potensial imkanlar və qarşıya çıxan maneələr müzakirə edildi. Səfər çərçivəsində ənənəyə uyğun olaraq, region gəncləri ilə də görüşdük. Gənclərin iştirakçılığının artırılması, zərərli vərdişlərdən qorunması, asudə vaxtın səmərəli təşkili, məşğulluğu, təşəbbüslərin dəstəklənməsi, mövcud imkanlardan istifadəsi və digər məsələlər barədə gənclərin fikirlərini öyrəndik və faydalı müzakirələr apardıq”.
F.Qayıbov qeyd edib ki, martın 26-da Parisdə, UNESCO-nun Baş direktorunun müavini Qabriela Ramos ilə görüşdüm. UNESCO-nun “Gənclər COVID-19-un tədqiqatçıları kimi” adlı yüksək səviyyəli siyasi konfransda iştirak etdim. Ötən ay Gənclər və İdman Nazirliyinin yeni loqosu və brendinqinin təqdimatı keçirildi. İctimaiyyətdən çox sayda fərqli rəylər almaqdan məmnun olduq. Baharın gəlişi ilə əlamətdar olan mart ayı uğurlar və yeniliklərlə zəngin oldu. İnanırıq ki, bütün bunlar qarşıdakı aylarda da uğura doğru inamla addımlamağa əsas yaradacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK