Lisenziya yarışı 3 medalla başa çatdıLisenziya yarışı 3 medalla başa çatdı

Lisenziya yarışı 3 medalla başa çatdıLisenziya yarışı 3 medalla başa çatdı

Olimpizm xəbərləri

08.04.2022, 12:22

Azərbaycanın boccia idman növü üzrə qadın paralimpiyaçısı Sona Ağayeva (BC-2) Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında final görüşünə çıxıb.

O, həlledici qarşılaşmada portuqaliyalı Ana Korreya ilə üz-üzə gəlib. Rəqibini məğlub edən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan paralimpiyaçıları lisenziya turnirini 3 medalla başa vurublar. Daha əvvəl Bəhruz Mirzəyev (BC-4) birinci, Orxan Kərimov (BC-2) isə ikinci yeri tutub.

Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR