Gənc boksçularımız Avropa birinciliyində mübarizəyə başlayır

Gənc boksçularımız Avropa birinciliyində mübarizəyə başlayır

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyinə start veriləcək. 10 gün davam edəcək birincilikdə Azərbaycan bopksçuları da qüvvələrini sınayacaqlar. Komandamız yarışda oğlanların mübarizəsində təmsil olunacaq. Yarışda tam heyətlə çıxış edəcək yığmamızın heyətində Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Arif Bayramov (57 kq), Aslan Quliyev (60 kq), Zaur Qəhrəmanov (63,5 kq), Səid Abdullayev (67 kq), Daniel Xolostenko (71 kq), Ənvər Babayev (75 kq), Sərxan Budaqov (80 kq), Fətəli İsmayılov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadə (+92 kq) yer alıb.
Qitə birinciliyinə aprelin 22-də yekun vurulacaq.