Şamaxıda Velosiped İdmanı Federasiyasının yeni  filialı açılıb

Şamaxıda Velosiped İdmanı Federasiyasının yeni  filialı açılıb

Ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və coğrafiyasının genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyasının növbəti regional nümayəndəliyi açılıb.

Bundan sonra Şamaxı rayonunda velosiped idmanı üzrə bölmə fəaliyyət göstərəcək. Şamaxı Olimpiya İdman Kompleksində yerləşən filialda yeniyetmə və gənclər peşəkar şəkildə idmanın bu növü ilə məşğul ola bilərlər. Federasiyanın prezidenti Mədət Quliyev tərəfindən Şamaxı filialına velosipedlər və ehtiyat hissələri də hədiyyə edilib.

Regional nümayəndəliklərin açılmasında əsas məqsəd kütləviliyi təmin etmək, insanları ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadəyə həvəsləndirmək, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Məlumat üçün bildirək ki, son bir həftə ərzində açılan İsmayıllı və Şamaxı filialları Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçərək rəsmi şəkildə fəaliyyətə başlayıb.