AMADA nazirlik və komitə ilə birlikdə görüş keçirib
Olimpizm xəbərləri
21.04.2022, 11:32
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları arasında dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə mübarizəyə həsr olunmuş növbəti işçi görüş keçirilib. AMADA-dan verilən məlumata görə, Azərbaycanın da tərəf olduğu YUNESKO-nun “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasına əsasən Milli Əlaqləndirici Mərkəz olan AMADA dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı əldə etdiyi məlumatları hüquq mühafizə orqanları ilə bölüşüb. Bildirilib ki, AMADA-nın apardığı araşdırmalar, daxil olan anonim və açıq məlumatlar, həmçinin bu məlumatların təhlili dopinq vasitələrinin qanunsuz dövriyyəsi probleminin daha da aktuallaşdığını göstərir. Bütün bunları nəzərə alaraq AMADA tərəfindən hüquq mühafizə orqanlarının əməkdaşları üçün, dopinq vasitələrinin xüsusi ilə də steroidlərin qanunsuz dövriyyəsi, o cümlədən sosial şəbəkələrdə və idman zallarında qanunsuz satışının təşkili və digər məlumatların əks olunduğu təqdimat keçirilib. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icraçı qurumlarından olan AMADA idmanda narkotik maddələrin istifadəsi ilə bağlı əldə etdiyi məlumatları, apardığı araşdırmaların nəticələrini də hüquq mühafizə orqanları ilə bölüşüb. Görüşdə sözü gedən məsələlər ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparılıb. Bu istiqamətdə mövcud əməkdaşlığın genişləndirilməsinin və mübarizə tədbirlərinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. AMADA, DİN və DGK problemin aktuallığını nəzərə alaraq dopinq vasitələrinin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün atılacaq birgə addımları müəyyənləşdirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK