Çimərlik güləşçiləri Azərbaycan çempionatında yarışacaqlar

Çimərlik güləşçiləri Azərbaycan çempionatında yarışacaqlar

Sabah çimərlik güləşi üzrə ilk Azərbaycan çempionatına start veriləcək. İki gün davam edəcək yarış Avropa Oyunları Parkında təşkil olunacaq. Yarışda U-17, U-20 və böyüklər arasında ölkə çempionları müəyyənləşəcək. Çempionatın keçirilməsində əsas məqsəd çimərlik güləşində kütləviliyə nail olmaq və müvafiq yığma komandaların heyətini formalaşdırmaqdan ibarətdir.
Mayın 5-də U-17 və U-20 yaş qrupunda güləşçilər mübarizə aparacaqlar. Növbəti gün isə böyüklər arasında yarış keçiriləcək. Görüşlər hər gün saat 11:00-da başlayacaq.
Qeyd edək ki, U-17 yaş qrupunda 50, 60, 70, 80, U-20 və böyüklər arasında isə 70, 80, 90 kiloqram və 90 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək.