Yasamal rayonunda idman yarışlarına yekun vurulub - FOTO
Olimpizm xəbərləri
05.05.2022, 16:14
Yasamal rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş idman yarışlarına yekun vurulub. Yarışlar mayın 4-də Bakı Dövlət Universitetini və Azərbaycan Texniki Universitetini təmsil edən komandalar arasında keçirilən mini futbol üzrə final oyunu ilə başa çatıb. Təsdiq olunmuş əsasnaməyə müvafiq olaraq, idmanın stolüstü tennis, dama, şahmat, qızlar arasında voleybol, oğlanlar arasında voleybol, basketbol və mini futbol üzrə yarışlar təşkil edilib. İdman yarışlarında rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrini təmsil edən komandalar mübarizə aparıb. Ümumilikdə yarışlara Bakı Dövlət Universitetini, Azərbaycan Texniki Universitetini, Azərbaycan Memarlıq və İnşaat Universitetini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, Bakı Biznes Universitetini, Azərbaycan Milli Konservatoriyasını, Azərbaycan İlahiyyat İnstitutunu, 1 nömrəli Bakı Tibb Kollecini, 2 nömrəli Bakı Baza Tibb Kollecini, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini, İnşaat Kollecini və Azərbaycan Dövlət Pedaqoji Kolleci təmsil edən 422 nəfər gənc qatılıb ki, onlardan 300 nəfərini oğlanlar, 122 nəfərini isə qızlar təşkil edib. Yarışlar rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin idman qurğularında yüksək səviyyədə təşkil edilib. Yarışların qaliblərinin mükafatlandırılması və təntənəli bağlanış mərasimi hərbi orkesrtin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi, daha sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Bağlanış mərasimdə Milli Məclisin vitse-spikeri, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev, Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənov, Yasamal rayonundan seçilmiş Millət vəkilləri Ülvi Quliyev, Elnur Allahverdiyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov iştirak edib. Mərasimdə hər bir idman növü üzrə yarışlarda qalib gələn komandalar və komanda üzvləri təşkilatçılar tərəfindən müvafiq dərəcəli kubok, medal və diplomlarla təltif ediliblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK