“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq

“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq

"Mançester Yunayted" Premyer Liqa matçında səfərdə "Brayton"a 4:0 hesabı ilə uduzub və Çempionlar Liqasının 2022/23 mövsümünə vəsiqə qazanmaq şansını itirib.

Milli.Az "Report"a istinadən bildirir ki, qolları Moyses Kaysedo (15-ci dəqiqə), Mark Kukurella (49), Paskal Qross (57) və Leandro Trossard (60) vurub.

"Mançester Yunayted" 37 oyundan sonra 58 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində altıncıdır. Dördüncü pillədə qərarlaşan "Arsenal"ın 34 oyundan sonra 63 xalı var. Premyer Liqanın sonunda ilk dörd yeri tutan komanda Çempionlar Liqasına yüksələcək.