"Mançester Yunayted"in ulduzu "Yuventus"a keçir

"Mançester Yunayted"in ulduzu "Yuventus"a keçir

"Mançester Yunayted"in futbolçusu Nemanya Matiç yayda "Yuventus"a keçəcək.

"Daily Star"a istinadən xəbər verir ki, 33 yaşlı serbiyalı ulduz "qoca sinyor"ya keçməyə qərar verib. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2023-də başa çatır. Lakin oyunçu mövsümün sonunda İngiltərə nəhəngindən ayrılacaq.

Qeyd edək ki, Matiç 2017-ci ildən "Mançester Yunayted"də çıxış edir.