Aleksey Baqa: "Axır ki, qələbə qazandıq"

Aleksey Baqa: "Axır ki, qələbə qazandıq"

"Nəhayət, komandamı qələbə münasibətilə təbrik edə bilərəm. Axır ki, müsbət nəticə qazandıq. Həqiqətən yaxşı oynadıq. Səylərimizin nəticəsində qalib gələ bildik".

Olimpnews.az-un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa evdə "Şamaxı"ya 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur matçından sonra deyib.

Belaruslu mütəxəssis bildirib ki, komandası meydana hər hansı xüsusi planla çıxmamışdı: "Bu gün azarkeşlərin fantastik dəstəyi var idi. Bu, səbr, dözümün nəticəsində mümkün oldu. İlk 30 dəqiqədə oynamaq çətin idi. Bundan sonra komandanın özünə inamı artdı və 3 xal qazandıq".

Baqanın sözlərinə görə, Anatoli Nuriyevin də digər oyunçular kimi qələbədə rolu oldu: "O, uzun müddət idi məşq etmirdi. Nuriyev özünü həm hücumda, həm də müdafiədə göstərdi. Hələ öz bacarığından aşağı səviyyədə çıxış etsə də, potensialı çox böyükdür. İnanıram ki, gələcəkdə özünü göstərəcək".