Haalandın yeni klubu məlum oldu - RƏSMİ

Haalandın yeni klubu məlum oldu - RƏSMİ

"Borussiya"(Dortmund) klubunun futbolçusu Erlinq Haalandın "Mançester Siti"yə transferi rəsmiləşib.

Olimpnews.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Norveçli hücumçunun bu il iyulun 1-dən yeni komandasına qoşulacağı bildirilib. Transferin digər detalları ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Erlinq Haaland 2020-ci ilin əvvəlindən "Borussiya"da çıxış edirdi.