Mahir Emreli Xorvatiya çempionu olub

Mahir Emreli Xorvatiya çempionu olub

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun heyətində Xorvatiya çempionu olub.

Olimpnews.Az "Report"a istinadən bildirir ki, bu, XXXV turda səfərdə "Şibenik" üzərində 2:0 hesablı qələbə sayəsində mümkün olub. Beləliklə, sona 1 tur qalmış xalını 76-ya çatdıran "Dinamo" ən yaxın izləyicisi "Hayduk"u 4 xal geridə qoyub.

Beləliklə, paytaxt təmsilçisi ardıcıl 5-ci, ümumilikdə 23-cü dəfə Xorvatiya çempionu olub.

Qeyd edək ki, Mahir Emreli qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.