"Qarabağ" klubu haqqında kitabın ingilis versiyası satışa çıxarılıb

"Qarabağ" klubu haqqında kitabın ingilis versiyası satışa çıxarılıb

İtaliyalı yazar Emmanuele Culianellinin "Qarabağ" klubu haqqında yazdığı kitabın ingilis versiyası satışa çıxarılıb.

OlimpNews.az Report-un məlumatına görə, yazar bu barədə tviterdə paylaşım edib.

Həmin kitabın onlayn versiyasını müxtəlif platformalarda əldə etmək mümkündür.

“Qarabağ” – şəhəri olmadan Avropanı fəth edən komanda” kitabına 16,99 funt sterlinq (təxminən 35 manat) qiymət qoyulub.

Qeyd edək ki, Emmanuele Culianelli bu kitabı 2018-ci ildə italyan dilində təqdim edib. İngilis versiyası isə bu ilin martında işıq üzü görüb.