Millimizdən Avro-2022-nin təsnifat mərhələsinə uğurlu start

Millimizdən Avro-2022-nin təsnifat mərhələsinə uğurlu start

Olimpizm xəbərləri

21.05.2022, 10:04

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Avro-2022-nin təsnifat mərhələsində ilk oyununa çıxıb. E qrupunda yer alan millimiz mayın 20-də ev sahibi olan Kosovo yığması ilə üz-üz gəlib. Oyun komandamızın üstünlüyü ilə başlayıb. İlk setdə 25:17 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün oyun sərgiləyib - 25:11, 25:20. Beləliklə, ilk görüşdə 3:0 hesablı inamlı qələbə qazanan Eldar Əliyevin komandası 3 xala yiyələnib. Qrupun digər oyununda isə Niderland millisi Slovakiya ilə üz-üzə gəlib. Görüş Niderland millisinin 3:0 (25:22, 25:20, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.  Baş məşqçi Eldar Əliyevin komandası bu gün qrupun favoriti olan Niderland millisi ilə üz-üzə gələcək.  Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda mübarizə aparır. Reqlamentə əsasən qrup mərhələsinin qalibləri və ən yaxşı ikinci yerin sahibi olan komandalar iyul ayında Polşada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR