Konfrans Liqası: "Roma" bütün oyunlarda qol vurub

Konfrans Liqası: "Roma" bütün oyunlarda qol vurub

İtaliya "Roma"sı UEFA Konfrans Liqasındakı bütün oyunlarında fərqlənməyi bacaran yeganə komanda olub.

Olimpnews-un məlumatına görə, Joze Mourinyonun baş məşqçi olduğu kollektiv cari avrokubok mövsümündə 15 görüş keçirib. "Canavarlar" finalda Niderland "Feyenoord"unu minimal hesabla yenib - 1:0. Albaniyanın paytaxtı Tiranadakı Milli Stadionda oynanılmış qarşılaşmada yeganə qolu 32-ci dəqiqədə Nikolo Zanyolo vurub.

Qeyd edək ki, "Roma" İtaliya A Seriyasında 6-cı yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanıb.