Basketbolçularımız Serbiya hazırlığını başa vurub, Kiprə yollandılar 

Basketbolçularımız Serbiya hazırlığını başa vurub, Kiprə yollandılar 

Serbiyada təlim-məşq toplanışında iştirak edən basketbolun 3x3 növü üzrə kişilərdən ibarət milli komandamızın hazırlıq prosesi başa çatıb. Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, təlim-məşq toplanışında əsas məqsəd yığmamızın üzvlərinin iyunun 4-5-də Kiprdə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşmaq idi. Artıq millimiz - Orxan Aydın, Endar Poladxanlı, Amil Həmzəyev, Zaur Paşayev və Cordan Deyvisdən ibarət olan heyət Serbiyadan Kiprə yollanıblar.