Azərbaycanın minifutbol millisi Avropa çempionu olub

Azərbaycanın minifutbol millisi Avropa çempionu olub

Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

"Olimpnews"un məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0.

"İdman TV" telekanalı vasitəsilə canlı yayımlanan görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.

Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.

Üçüncü yer uğrunda görüşdə isə Bolqarıstan Qazaxıstanı 4:1 hesabı ilə yenib. 

Qeyd edək ki, Azərbaycan millisinin son 3 görüşündə yendiyi komandalar daha əvvəl Avropa çempionu olublar. Yığma yarımfinalda Qazaxıstana 3:2, 1/4 finalda Slovakiyaya 1:0 hesabı ilə qalib gəlib. 

Azərbaycanın minifutbol millisi Avropa çempionu olub Azərbaycanın minifutbol millisi Avropa çempionu olub Azərbaycanın minifutbol millisi Avropa çempionu olub Azərbaycanın minifutbol millisi Avropa çempionu olub Azərbaycanın minifutbol millisi Avropa çempionu olub Azərbaycanın minifutbol millisi Avropa çempionu olub Azərbaycanın minifutbol millisi Avropa çempionu olub Azərbaycanın minifutbol millisi Avropa çempionu olub Azərbaycanın minifutbol millisi Avropa çempionu olub Azərbaycanın minifutbol millisi Avropa çempionu olub Azərbaycanın minifutbol millisi Avropa çempionu olub Azərbaycanın minifutbol millisi Avropa çempionu olub