Bu gün ölkə birinciliyinin ən güclüləri müəyyənləşəcək

Bu gün ölkə birinciliyinin ən güclüləri müəyyənləşəcək

Bu gün Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyinin final görüşləri keçiriləcək. Boks Mərkəzində təşkil edilən yarışda oğlanlar arasında 16, qızlar arasında 7 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarımfinalda məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, yarışda müxtəlif şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 idmançısının iştirak edir.