UEFA Azərbaycan millisinin ən yaxşı futbolçusunu açıqlayıb

UEFA Azərbaycan millisinin ən yaxşı futbolçusunu açıqlayıb

UEFA Millətlər Liqasının ilk 4 turunun oyunlarından sonra milli komandaların ən yaxşı futbolçularının adlarını açıqlayıb.

"Olimpnews"un qurumun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığmasında Emin Mahmudov hamını qabaqlayıb. "Neftçi"də çıxış edən 30 yaşlı yarımmüdafiəçi 119 xalla ilk pillədə yer alıb.

Onu hərəyə 113 xalla "Qarabağ"dan qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Bəhlul Mustafazadə izləyir.

Qeyd edək ki, C Liqasında mübarizə aparan Azərbaycan milli komandası 3-cü qrupda keçirdiyi matçlarda Qazaxıstan və Slovakiyaya uduzub, Belarusla səfərdə heç-heçə edib, evdə isə bu komandaya qalib gəlib. Canni De Byazinin başçılıq etdiyi kollektiv hazırda 4 xalla 3-cü pillədə qərarlaşıb.