İsrail millisinin sabiq futbolçusu “Neftçi”də - YENİLƏNİB + FOTO/VİDEO

   İsrail millisinin sabiq futbolçusu “Neftçi”də - YENİLƏNİB + FOTO/VİDEO

“Neftçi” yay fasiləsində ilk transferini həyata keçirib.

Oxu.Az xəbər verir ki, Bakı klubu israilli yarımmüdafiəçi Ataa Caberi heyətinə qatıb.

Premyer Liqanın gümüş medalçısı “Aşdod”la müqaviləsi bitən 27 yaşlı orta sahə oyunçusu ilə müqavilə imzalandığını açıqlayıb. 

İsrailin gənclər millisinin sabiq üzvü yeni komandasında 23 nömrəli formanı geyinəcək.

13:24

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Reqekampfın gəlişindən sonra ilk transfer reallaşıb.

Oxu.Az xəbər verir ki, “Neftçi” İsrailin “Aşdod” klubu ilə müqaviləsinin müddəti başa çatan Ataa Caberi sıralarına qatıb.

Milliyyətcə ərəb olan 27 yaşlı dayaq yarımmüdafiəçisi artıq Azərbaycandadır.

Qeyd edək ki, Ataa Caber 2015-2017-ci illərdə İsrailin 21 yaşadək millisində çıxış edib.