“Qarabağın idman tarixi” adlı kitab işıq üzü gördü
Olimpizm xəbərləri
24.06.2022, 16:08
Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyevin redaktorluğu ilə Prezident təqaüdçüsü, Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “Qarabağın idman tarixi” adlı kitabı işıq üzü görüb.
Kitab Qarabağın idman tarixini belə geniş əhatə edən ilk nəşrdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqa etdiyi: “27 sentyabr tarixindən başlayan İkinci Qarabağ savaşı barədə çox yazılacaq və qazanılan qələbələr qələmə alınacaq” müraciəti bu monoqrafiyanın yazılmasına səbəb olub.
Məlum həqiqətdir ki, müstəmləkəçilik və totaltitar rejim xalqımızın yüz illər ərzində formalaşdırdığı bədən tərbiyəsi və idman ənənələrinə ağır zərbə vurmuşdu. Ölkədə başqa sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də milli ayrı-seçkilik siyasəti yeridilmiş, Azərbaycanda bədən tərbiyəsi və idmanın dirçəlişinin qarşısını almaq üçün bədən tərbiyəsi və idmanın ənənənləri imperiyanın bədən tərbiyəsi və idmanınin əlavəsinə çevrilmişdi.
Mərkəzdə xüsusi niyyətlə hazırlanmış bədən tərbiyəsi və idmanın tarixinin əsasında duran beynəlmiləlçilik və xalqlar dostluğu prinsipləri bu işdə xüsusilə mənfi rol oynamışdı.
Beləliklə, ötən tarixi dövr ərzində bir sıra uğurlar qazanılmasına baxmayaraq, Qarabağda da bədən tərbiyəsi və idmanın məzmununda milli xüsusiyyətlər kifayət qədər nəzərə alınmayıb, bu işin elmi-pedaqoji strategiyası müasir səviyyədə işlənilməyib.
Buna görə də Qarabağda bədən tərbiyəsi və idmanın yenidən qurulması, onun statusu və strukturunda dəyişikliklər edilməsi, bədən tərbiyəsi və idmanın forma və məzmununun yenidən tədqiq olunmasına ehtiyac var. Çünki bu məsələ yetişməkdə olan gənc nəslin vətənpərvərlik, igidlik və qəhrəmanlıq tərbiyəsi məsələlərilə qırılmaz tellərlə bağlıdır.
Kitabın yazılmasında əsas məqsəd Qarabağın respublika, beynəlxalq, dünya və Avropa çempionatlarında iştirak etmiş məşhur idmançılarının fəaliyyətini təhlil etmək, habelə, Qarabağda Olimpiya və qeyri Olimpiya idman növlərinin inkişafı üçün səyləri bundan sonra da artırmaq və kütləvi hala salmaqdır.
Qarabağın idman şərəfini qoruyan idmançıların həyat fəaliyyətləri və idman nailiyyətləri gənclərimizə böyük örnəkdir. Bütün bunlar təkcə şərəf, şöhrət deyil, həm də gecə-gündüz çalışmaq hesabına başa gələn bir qəhrəmanlıq və fədakarlıqdır.
Bu gün uğurları ilə fəxr etdiyimiz Qarabağın idman həyatı neçə-neçə illər bundan əvvələ gedib çıxır. “Qarabağın idman tarixi” adlı bu kitab Qarabağda kütləvi bədən tərbiyəsi və idmanın XII əsrdən bu günümüzədək keçdiyi inkişaf yoluna işıq salır.
Monoqrafiya 2 fəsil və 12 yarımfəsildən ibarətdir. Həmin bölmələr çoxsaylı düşüncələrdə işlənsə də diqqəti çəkməkdədir. Kitabda oxucuda müəyyən təəssürat yaradır, orijinal fikirlər təbii səsləndiyi üçün oxucunu yormur, incitmir, əksinə onu daha səbrli, dözümlü, tolerant olmağa həvəsləndirir.
Monoqrafiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi şurasının «29» dekabr 2020-ci il tarixli iclasında (protokol № 5 ) müzakirə edilərək bəyənilmiş və nəşri məqsədəuyğun sayılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK