Müxtəlif qurumlar idman jurnalistlərini təbrik edib - FOTOlar

Müxtəlif qurumlar idman jurnalistlərini təbrik edib - FOTOlar

Olimpizm xəbərləri

02.07.2022, 11:21

2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günüdür.

"Olimpnews"un məlumatına görə, bu münasibətlə Azərbaycandakı əlaqədar qurumlar media nümayəndələrini təbrik edib.

Gənclər və İdman Nazirliyi və Medianın İnkişafı Agentliyi əlamətdar günə aid rəsmi feysbuk hesabından post paylaşıb.

AFFA rəsmi saytı vasitəsi ilə 2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günü ilə bağlı bu sahədə fəaliyyət göstərən mətbuat nümayəndələrinə təbriklərini çatdırıb və onlara yaradıcılıq uğurları arzulayıb.

Bundan əlavə, bir sıra federasiyalar və futbol klubları da idman jurnalistlərini təbrik edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR