Gəncənin icra başçısı "Kəpəz"ə dəstək olacaq
Olimpizm xəbərləri
06.07.2022, 10:37
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Kəpəz” futbol klubunun rəhbərliyini qəbul edib.
Klubun mətbuat xidmətindən "Olimpnews"a verilən məlumata görə, görüşə klubun Müşahidə Şurasının üzvü Həmid Nəsirov və icraçı direktor İlqar Nadiri qatılıb.
“Kəpəz”in yenidən Premyer Liqaya çıxmasını Gəncə futbolunun adına müsbət məqam kimi dəyərləndirən icra başçısı azarkeşlərin həmişə kluba böyük maraq göstərməsindən danışıb. Gəncə futbolunun köklü tarixindən, ənənəsindən bəhs edən N.Bayramov şəhər stadionunun ərazisində salınan meydançalar və futbol akademiyasının inşası ilə maraqlanıb.
O vurğulayıb ki, şəraitin yaxşılaşması, akademiyanın fəaliyyətə başlaması uşaq futbolunun inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək. Elitada komandaya stadiondan azarkeşlik edərək ev oyunlarını tribunadan izləyəcəyini söyləyən şəhər rəhbəri “Kəpəz”in əvvəlki əzəmətini bərpa edəcəyinə, özünəməxsus ruhu geri qaytaracağına və yenidən azarkeşləri qələbələrlə sevindirəcəyinə inandığını bildirib.
Müşahidə Şurasının üzvü, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov komandanın böyük fanat ordusuna malik olduğunu xatırlatmaqla məqsədlərinin Gəncədə keçirilən oyunlarda stadionu azarkeşlərlə doldurmaq olduğunu deyib. Tamaşaçı sayında həmişə “Kəpəz”in rekordlar qırdığını vurğulayıb. Kluba sponsorların, iş adamlarının cəlb olunması istiqamətində Futbolun İnkişafı Fondu ilə daim təmasda olduqlarını, bu istiqamətdə işlərin aparıldığını deyib. İanalərin toplanması üçün müxtəlif aksiyaların təşkilinin nəzərdə tutulduğunu açıqlayıb.
Klubun icraçı direktoru İlqar Nadiri əsas komandanın gücləndirilməsi yönündə görülən işlərdən danışıb. Gəncə şəhər stadionunun vəziyyətinə də toxunan klub rəsmisi arenanın da tezliklə yenidən qurulucağına inamını ifadə edib. “Kəpəz”ə rəng qatan azarkeşlərin güclü komanda görmək istədiklərini bildirən İlqar Nadiri bunun ilk növbədə klubun maliyyə imkanlarına bağlı olduğunu deyib. Bu yöndə durmadan çalışdıqlarını, müəyyən çevrədə biznes adamları ilə görüşdüklərini qeyd edib.
Görüşün sonunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova “Kəpəz”in forması və şərfi hədiyyə olunub. Hədiyyələrə görə təşəkkür edən icra başçısı ianə toplama aksiyası çərçivəsində komandaya dəstək verəcəyini bildirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK