Üzgüçümüz qitə çempionatının finalına yüksəldi

Üzgüçümüz qitə çempionatının finalına yüksəldi

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanan Azərbaycan üzgüçüsü Ramil Vəlizadə yenidən finala yüksəlib.

Təmsilçimiz 100 metr məsafəyə batterflyay üsulla üzmə yarışının təsnifat mərhələsində uğurla çıxış edib. Belə ki, idmançımız 54,11 saniyəlik nəticə ilə finala vəsiqə qazanıb.

Təmsilçimiz bu gün medallar uğrunda mübarizə aparacaq.