Takevondoçumuz Konya-2021-də bürünc medala sahib çıxdı

Takevondoçumuz Konya-2021-də bürünc medala sahib çıxdı

Bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına start verilib. Yarışın ilk günündə dörd idmançımız mübarizəyə qoşulub. Taekvondo yarışının ilk gününü komandamız üçün uğurlu olub. Belə ki, millimizin üzvü Qaşım Maqomedov (58 kq) Konya-2021-də bürünc medala sahib çıxıb. Təmsilçimiz ilk görüşdə Birləşmiş Ərəb Əmirliklərinin idmançısı Muşari Məhəmmədə 2:0 hesabı ilə qalib gələrək 1/4 final mərhələsinə vəsiqə qazanıb. O, ikinci qarşılaşmasında pakistanlı Xan Harunla üz-üzə gəlib. Gərgin keçən döyüşdə Q.Maqomedov 2:1 hesabı ilə qələbə qazanıb. Yarımfinalda İran idmançısı Lotfi Hosseinlə qarşılaşan təmsilçimiz məğlub olaraq, bürünc medalla kifayətlənib. Bu, taekvondo komandamızın ilk medalı olub.  Digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq) 1/4, Səidə Əliyeva (57 kq) və Röya Hacıyeva (53 kq) isə 1/8 finalda mübarizəni dayandırıblar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarına avqustun 12-də yekun vurulacaq.

Takevondoçumuz Konya-2021-də bürünc medala sahib çıxdı