Bu gün Azərbaycan təmsilçiləri V İslam Həmrəyliyi Oyunlarında 11 idman növündə güclərini sınayacaqla
Olimpizm xəbərləri
14.08.2022, 09:04
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir. Avqustun 14-də Azərbaycan təmsilçiləri 11 idman növündə güclərini sınayacaqlar. Ağırlıqqaldırma yarışlarında Elnurə Abbasova (71 kq), Anastasiya Mum (76 kq) və Kamran İsmayılov (89 kq) körpücük üzərinə çıxacaqlar. Qadın həndbolçulardan ibarət Azərbaycan millisi finalda Türkiyə yığması ilə qarşılaşacaq. Həm kişi, həm də qadın voleybolçulardan ibarət milli komandalarımız İran yığmaları ilə yarımfinal mərhələsində mübarizə aparacaqlar. Kişilərdən ibarət 3x3 basketbol üzrə millimiz Qırğızıstan, qadınlardan ibarət seçməmiz isə Türkiyə ilə qarşılaşacaq. Bədii gimnastlarımız Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova ayrı-ayrı alətlər üzrə final mərhələlərində güclərini sınayacaqlar. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandamız isə 3 lent və 2 top, 5 halqa ilə final proqramlarını təqdim edəcəklər. Aerobika gimnastlarımız Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlük, həmçinin duet Xoşqədəm Quliyeva ilə birgə trio qrupunun finalında mübarizə aparacaq. Stend atıcılığının skit reytinq atışı növündə Fuad Qurbanov, Cavid Həsənov, Niyaz Ağazadə, Nurlana Cəfərova, Rigina Meftahətdinova və Sevda Nəcəfova yarışacaqlar. Paralimpiyaçılar arasında keçirilən stolüstü tennis yarışlarında qadınların fərdi mübarizəsində Dinarə Sunceleyeva medallar uğrunda mübarizə aparacaq. Bu gün Konya-2021-də qılıncoynatma yarışlarına start veriləcək. İlk olaraq Anna Başta, Valeriya Bolşakova, Polina Kaspiroviç və Səbinə Kərimova mübarizəyə başlayacaqlar. Kişi və qadın üzgüçülərimiz bu gün müxtəlif məsafələrə üzgüçülük yarışlarında güclərini sınayacaqlar. Futbol üzrə Azərbaycan millisi yarışın yarımfinal mərhələsi çərçivəsində Türkiyə seçməsi ilə qarşılaşacaq. Qeyd edək ki, 9 günün nəticəsinə əsasən, Azərbaycan 13 qızıl, 14 gümüş və 15 bürünc medal qazanıb. Ölkə medal sıralamasında bu nəticə ilə Türkiyə, İran və Özbəkistandan sonra 4-cü yerdədir. Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK