Komandamız atıcılıq üzrə Konya-2021-də ilk medalını qazanıb

 Komandamız atıcılıq üzrə Konya-2021-də ilk medalını qazanıb

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir. Komandamız atıcılıq üzrə ilk medalını qazanıb. Belə ki, stend atıcımız Nurlana Cəfərova İslamiadanın gümüş medalını qazanıb. O, skit reytinq yarışlarında ikinci nəticə göstərib. 
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.