Futbol millimiz Konya-2021-in bürünc mükafatçısıdır

Futbol millimiz Konya-2021-in bürünc mükafatçısıdır

İyirmi üç yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Konyada təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında üçüncü olub. Konyadakı Cümhuriyyet stadionunda keçirilən qarşılaşmada seçməmiz Əlcəzair yığması ilə qarşılaşıb və matçda hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Zərbələri dəqiq yerinə yetirən Azərbaycan millisi qələbə qazanıb – 4:3.
Oyunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, veteran futbolçu İsgəndər Cavadov və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da izləyiblər.