Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarına yekun vuruldu 

Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarına yekun vuruldu 

Ötən gecə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. İkinci yarış günündə daha 3 qarşılaşma oynanılıb. Belə ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul etdiyi ilk qarşılaşmaya qolsuz heç-heçə qeydə alınıb. Gecənin digər oyununda İsrailin "Makkabi" (Hayfa) klubu evdə Serbiyanın "Srvena Zvezda" komandasına qalib gəlib -3:2. Digər qarşılaşmada isə Portuqaliyanın "Benfika" və Ukraynanın “Dinamo” komandaları üz-üz gəlib. Ukraynada təşkil olunan oyun Portuqaliya təmsilçisinin 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. 
Qeyd edək ki, Pley-pff mərhələsinin cavab oyunları bir həftə sonra oynanılacaq.