Velosiped Federasiyasından yenilik 

Velosiped Federasiyasından yenilik 

Azərbaycan Velosiped Federasiyası (AVF) daha bir yeniliyə imza atıb. Qəhrəmancasına döyüşərək torpaqlarımızın işğaldan azad edilməsində əvəzsiz xidmətlər göstərmiş qazilərin və müharibə iştirakçılarının fiziki reabilitasiyası, idmanla məşğul olmaları, eləcə də bu fədakar və iradəli insanların təcəssümündə cəmiyyətdə sağlam həyat tərzinin təbliği məqsədilə federasiya rəhbərliyinin qərarına əsasən, AVF-də Qazilərlə iş bölməsi yaradılıb. Bölməyə ictimai əsaslarla rəhbərlik Müdafiə Sənayesi Nazirliyinin məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevə həvalə olunub.
Yeni struktur qazilər və müharibə iştirakçıları ilə yaxından əməkdaşlıq edəcək, onların AVF-nin imkanlarından geniş bəhrələnərək velosiped idmanı ilə məşğul olmaları, həmçinin fiziki sağlamlıqlarının bərpası, asudə vaxtlarının səmərəli təşkili üçün yarışlar, yürüşlər və s. tədbirlər keçirəcək.
İlk belə tədbirin 27 sentyabr - Anım Günü ərəfəsində qazilərin velosiped yürüşünün keçirilməsi nəzərdə tutulur.