Milli Olimpiya Komitəsinin 30 illik yubileyi noyabrda keçiriləcək

Milli Olimpiya Komitəsinin 30 illik yubileyi noyabrda keçiriləcək

Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi ilə bağlı şəhər və respublika səviyyəsində bir sıra tədbirlər keçirilir. Ən böyük tədbirlərdən biri “Heydər Əliyev” zirvəsinə yürüşlə bağlı olub.

Bu barədə sentyabrın 2-də keçirilən İdman Filmləri və Proqramları Milli Televiziya Festivalına həsr edilən mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Onun sözlərinə görə, ölkənin tanınmış idmançıları və jurnalistləri də bu yürüşdə iştirak ediblər. Həmçinin il ərzində keçirilən idman yarışlarında Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr edilən loqosu qoyulub. Bundan başqa, yubileylə bağlı xüsusi poçt markası, gümüş pul sikkələri buraxılacaq.

Bu tədbirlər KİV-lər vasitəsilə daim geniş ictimaiyyətə çatdırılıb.

Ç.Hüseynzadə qeyd edib ki, Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi münasibətilə rəsmi tədbir noyabrın əvvəllərində keçiiləcək. Yubiley mərasimi Avropa Olimpiya Komitəsinin tədbirləri siyahısında öz əksini tapıb. Tədbirə EOC və Beynəlxalq Olimpiya Komitəsinin rəsmiləri də iştirak edəcəklər.