MMA döyüşçümüz iddiaçılar turnirində məğlub oldu

MMA döyüşçümüz iddiaçılar turnirində məğlub oldu

Azərbaycanın “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov “Dana White’s Contender Series”də turnirində ilk görüşünə çıxıb. 28 yaşlı idmançımız ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan turnirdə braziliyalı İsmael Bonfim ilə üz-üzə gəlib. Döyüş İ.Bonfimin qələbəsi ilə başa çatıb - (30-27, 30-27, 29-28).

Xatırladaq ki, MMA döyüşçümüz bu görüşədək peşəkar karyerasında 28 qələbə qazanıb və 3 dəfə məğlub olub.