AKAF-ın Axmaz göl filialının açılışı olacaq

AKAF-ın Axmaz göl filialının açılışı olacaq

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) avarçəkənlərin Neftçalada təlim-məşq toplanışını keçirilir. Sentyabrın 9-da keçirilən toplanış Neftçalada Axmaz göl su hövzəsində təşkil olunur. Həm də AKAF-ın Axmaz göl su hövzəsində yaradacağı filialının açılışı olacaq. Filial Neftçala Olimpiya Kompleksinin nəzdində fəaliyyət göstərir. Filialın istifadəyə verilməsi ilə Neftçala və ətraf rayonlarda yaşayan yeniyetmələrə bu idman növü ilə məşğul olmaq üçün əlverişli şərait yaradılır. Federasiyanın əsas prioritetlərindən biri ölkə ərazisində yeniyetmə və gənclər arasında avarçəkməni əlçatan etməkdir.
Neftçalada istifadəyə veriləcək yeni filial da gələcək planlar çərçivəçindədir.
Qeyd edək ki, AKAF yaxın gələcəkdə ölkə ərazisində avarçəkmə üçün əlverişli olan bir neçə su hövzəsində bu kimi təlim-məşq toplanışları keçirməyi nəzərdə tutub.
 

AKAF-ın Axmaz göl filialının açılışı olacaq