Turistlər üçün karantin ləğv olundu

Turistlər üçün karantin ləğv olundu

Qətər hakimiyyəti dünya çempionatı öncəsi ölkəyə gələn, COVID-19-a qarşı peyvənd olunmayan turistlər üçün karantini ləğv edib. Bu barədə "Reuters" məlumat yayıb. Bununla belə, 48 saat əvvəl PCR və ya səfərdən 24 saat əvvəl aparılan sürətli antigen testinin nəticələrinin olması tələbi qalır. Bu arada məlum olub ki, Qətər dünya çempionatı zamanı stadionlarda tütün məmulatlarının reklamını qadağan edəcək.
Qeyd edək ki, Qətər dünya çempionatına ev sahibliyi etmək hüququ qazanan ilk ərəb ölkəsi olub. Turnir ölkədə noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.