"Dinamo-Avto"ya yeni baş məşqçisi təyin olunub

"Dinamo-Avto"ya yeni baş məşqçisi təyin olunub

Azərbaycanlı mütəxəssis Novruz Əzimov Moldovada çalışacaq. O, yüksək liqada çıxış edən "Dinamo-Avto"nun baş məşqçisi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. Novruz Əzimov artıq komandanı məşqə çıxarıb. Qeyd edək ki, Novruz Əzimov daha əvvəl "Bakı" və "Neftçi"də baş məşqçi, "Kəpəz"də məşqçi kimi çalışıb.