Elxan Məmmədovun adı Xorvatiya millisinin formasında

Elxan Məmmədovun adı Xorvatiya millisinin formasında

FİFA-nın prezidenti Canni İnfantino Fransanın paytaxtı Parisdə Xorvatiya Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb. tədbirdə qurumun Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov da iştirak edib. Görüşdə Xorvatiya Futbol Federasiyasının prezidenti Ante Vuçemiloviç-Şimunoviç, icraçı direktor Tomislav Svetina, texniki direktor Stipe Pletikoşa, Beynəlxalq əlaqələr və lisenziyalaşdırma şöbəsinin müdiri Sudak İvançitsa yer alıb. Tərəflər geniş tərkibdə futbolla bağlı məhsuldar müzakirələr aparıblar.
Görüşün sonunda İnfantino və Məmmədova Xorvatiya millisinin arxasında onların soyadları yazılmış forması hədiyyə olunub.