“Qarabağ” və “Neftçi” Misli Premyer Liqasına şərikli liderlik edir
Olimpizm xəbərləri
11.09.2022, 23:06
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun oyunları keçirilib. Turun açılış matçında "Turan Tovuz" evdə "Kəpəz"i qəbul edib. Tovuz şəhər stadionunda oynanılan Qərb derbisi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Tovuz təmsilçisindən hər iki qolu Runi Eva vurub. 39-cu dəqiqədə hesabı açan kamerunlu hücumçu 77-ci dəqiqədə penaltidən fərqlənməklə son nöqtəni qoyub. Turun növbəti oyun günündə "Neftçi" Qəbələdə eyniadlı komandanın qonağı olub. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma paytaxt klubunun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. İlk qolu 31-ci dəqiqədə meydan sahiblərindən Ramon Maçado vurub. 46-cı dəqiqədə Ataa Caber hesabı bərabərləşdirib. 7 dəqiqə sonra yenidən səhnəyə çıxan israilli yarımmüdafiəçi özünün və komandasının 2-ci qoluna imza ataraq, yekun hesabı müəyyənləşdirib. Günün digər görüşündə "Zirə" komandası "ASCO Arena"da "Səbail"in qonağı olub. Görüş qartalların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 5-ci dəqiqədə qonaqlardan Dmitrios Çantakias açıb. 13-cü dəqiqədə Ağabala Ramazanov sabiq komandasını cəzalandıraraq, tarazlığı bərpa edib. Görüşdə son nöqtəni isə 33-cü dəqiqədə Sertan Taşkın qoyub. 72-ci dəqiqədə "dənizçilər" azlıqda qalıblar. Tural Bayramlı 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub. Turun sonuncu oyun günündə daha iki qarşılaşma oynanılıb. Günün ilk matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib. "Kapital Bank Arena"dakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərində 3-cü dəqiqədə Almir Aqanspahiç, qonaqlarda isə 45-ci dəqiqədə Bahadur Həziyev fərqlənib. Tura "Qarabağ" "Sabah" oyunu ilə yekun vurulub. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesab 29-cu dəqiqədə açılıb. "Köhlən atlar"ın heyətində Musa Qurbanlı fərqlənib. 32-ci dəqiqədə Emmanuel Apeh bərabərlik qoluna imza atıb. 43-cü dəqiqədə "Sabah"ın müdafiəçisi Abdulaye Ba 2-ci sarı vərəqəni alaraq meydandan qovulub. Son ölkə çempionu 2-ci yarıya daha fəal başlayıb. 51-ci dəqiqədə Elvin Cəfərquliyev növbəti dəfə rəqibi mərkəzə dəvət edib. 60-cı dəqiqədə “Sabah”ın futbolçusu Coy Lens Mikels fərqlənərək hesabı yenidən bərabərləşdirib. 67-ci dəqiqədə isə Aleksey Kaşuk meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Məğlub durumda olan “Qarabağ” klubu 83 və 90+3-cü dəqiqələrdə Ramil Şeydayevin dəqiq penalti zərbələri ilə yekunda meydandan qələbə ilə ayrılmağı bacarıb. Qeyd edək ki, 90+5-ci dəqiqədə "Sabah"ın baş məşqçisi Murad Musayev hakimə kəskin etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Beləliklə, 6 turdan sonra rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 15-ə yüksəldərək onunla eyni sayda xal toplayan "Neftçi" ilə birgə turnir cədvəlinə şərikli liderlik edir. 13 xala malik "Sabah" isə 3-cü sırada qərarlaşır. "Turan Tovuz" isə Qərb derbisindəki qələbə ilə xallarının sayını 10-a çatdıraraq “Zirə” ilə birgə 4-5-ci yerləri bölüşdürür.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK