Bu gün Çempionlar Liqasında qrup mərhələsində ikinci tura start veriləcək

Bu gün Çempionlar Liqasında qrup mərhələsində ikinci tura start veriləcək

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start veriləcək. İlk oyun günündə 7 qarşılaşma keçiriləcək.
A qrupunda İngiltərə "Liverpul"u Niderlandda "Ayaks"ın qonağı olacaq. Şotlandiyada "Reyncers" və İtaliya "Napoli"si arasında keçirilməli olan qarşılaşma isə Böyük Britaniya kraliçası II Elizabetin dəfni öncəsi tədbirlərlə əlaqədar 14 sentyabra təxirə salınıb.
B qrupunda "Portu" Portuqaliyada Belçika "Brügge"sini, "Bayer" Almaniyada İspaniyanın "Atletiko" (Madrid) komandasını qəbul edəcək.
Gecənin ən prinsipial və maraqla gözlənilən matçı C qrupunda olacaq. Qrup mərhələsinə qələbə ilə start verən Almaniya "Bavariya"sı ilə İspaniya "Barselona"sı Münhendə üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qonaqların heyətində Robert Levandovski 8 il formasını geyindiyi və ötən mövsümün sonunda tərk etdiyi Bundesliqa təmsilçinə qarşı mübarizə aparacaq. Bu qrupun digər oyununda Plzen "Viktoriya"sı Çexiyada İtaliya "İnter"ini sınağa çəkəcək.
D qrupunda İngiltərə "Tottenhem"i Portuqaliyada "Sportinq"lə, Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu isə Fransada "Marsel"lə qarşılaşacaq.