Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq

Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir. Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) bürünc medal görüşünə vəsiqə qazanıb. O, təsəlliverici qarşılaşmada Justas Petraviçyusu (Litva) məğlub edib.

Murad Məmmədov bürünc medal uğrunda Fumita Keniçiro (Yaponiya) ilə görüşəcək.

Sabah Şəriəti (130 kq) ilk təsəlliverici görüşdə Alimxan Sidikovdan (Qazaxıstan) üstün olsa da, Yakobi Kajaya (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.

Qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) təsəlliverici görüşdə Xiaojuan Luoya (Çin) uduzub.

Daha əvvəl 5 yunan-Roma güləşçimiz medal qazanıb. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıblar.