Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar

Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar

Bu gün Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa çempionatına start veriləcək. 39 ölkədən 349 (203 kişi, 146 qadın) cüdoçunun iştirak etdiyi yarşda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Komandamız turnirdə 13 (9 oğlan, 4 qız) cüdoçu ilə təmsil olunur. Bu gün komandamızın 4 üzvü tatami üzərinə çıxacaq.  60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Kristian Qustiuk (Moldova) / Bahadır Berat (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidəki Nizami İmranov 1/16 finalda Rikardu Pireslə (Portuqaliya) görüşəcək.
Qadınların yarışında 48 kq-dakı Könül Əliyeva 1/8 finalda Sila Ersinlə (Türkiyə), 57 kq-dakı Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauri (Gürcüstan) ilə qarşılaşacaq.
Qeyd edək ki, yarışa sentyabrın 18-də yekun vurulacaq.