Bu gün Avropa Liqasında qrup mərhələsində ikinci turun oyunları keçiriləcək

Bu gün Avropa Liqasında qrup mərhələsində ikinci turun oyunları keçiriləcək

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tura start veriləcək. 8 qrupda ümumilikdə 15 görüş keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” doğma meydanda Fransanın “Nant” klubunu qəbul edəcək. Saat 20:45-də start götürəcək matçı albaniyalı hakimlər briqadası idarə edəcək. “Nant” ilk turda Yunanıstanın “Olimpiakos” komandasını məğlub edib - 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.
A qrupunun “Arsenal" (İngiltərə) - PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.
Günün oyunları aşağıdakılardır:
Qrup mərhələsi, ikinci tur
A qrupu
23:00 - "Budö Qlimt" (Norveç) - "Sürix" (İsveçrə)
Xal durumu: "Arsenal" - 3, "Budö Qlimt" - 1, PSV - 1, "Sürix" - 0
B qrupu
23:00 - "Dinamo" (Kiyev, Ukrayna) - AEK (Larnaka, Kipr)
23:00 - "Renn" (Fransa) - "Fənərbağça" (Türkiyə)
Xal durumu: "Renn" - 3, "Fənərbağça" - 3, "Dinamo" - 0, AEK - 0
C qrupu
23:00 - "Betis" (İspaniya) - "Lüdoqorets" (Bolqarıstan)
23:00 - "Roma" (İtaliya) - HİK (Finlandiya)
Xal durumu: "Betis" - 3, "Lüdoqorets" - 3, "Roma" - 0, HİK - 0
D qrupu
23:00 - "Braqa" (Portuqaliya) - "Yunion" (Berlin, Almaniya)
23:00 - "Yunion" (Belçika) - "Malmö" (İsveç)
Xal durumu: "Braqa" - 3, "Yunion" - 3, "Yunion" (Berlin) - 0, "Malmö" - 0
E qrupu
20:45 - "Şerif" (Moldova) - "Mançester Yunayted" (İngiltərə)
20:45 - "Real Sosyedad" (İspaniya) - "Omoniya" (Kipr)
Xal durumu: "Şerif" - 3, "Real Sosyedad" - 3, "Mançester Yunayted" - 0, "Omoniya" - 0
F qrupu
20:45 - "Midtüllan" (Danimarka) - "Latsio" (İtaliya)
20:45 - "Feyenoord" (Niderland) - "Şturm" (Avstriya)
Xal durumu: "Latsio" - 3, "Şturm" - 3, "Midtüllan" - 0, "Feyenoord" - 0
G qrupu
20:45 - "Olimpiakos" (Yunanıstan) - "Frayburq" (Almaniya)
20:45 - "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa)
Xal durumu: "Frayburq" - 3, "Nant" - 3, "Qarabağ" - 0, "Olimpiakos" - 0
H qrupu
23:00 - "Trabzonspor" (Türkiyə) - "Srvena Zvezda" (Serbiya)
23:00 - "Monako" (Fransa) - "Ferentsvaroş" (Macarıstan)
Xal durumu: "Ferentsvaroş" - 3, "Monako" - 3, "Srvena Zvezda" - 0, "Trabzonspor" – 0.